Türkiyənin Qaziantep vilayətində koronavirus səbəbindən sərt karantin rejimi tətbiq olunub
https://azeri.sahartv.ir/news/türkiyə-i364215-türkiyənin_qaziantep_vilayətində_koronavirus_səbəbindən_sərt_karantin_rejimi_tətbiq_olunub
Türkiyənin Qaziantep vilayətində koronavirus infeksiyasına yoluxmada müşahidə olunan artım sərt karantin tədbirlərinin tətbiqinə səbəb olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 06, 2020 09:58 Asia/Baku
  • Türkiyənin Qaziantep vilayətində koronavirus səbəbindən sərt karantin rejimi tətbiq olunub

Türkiyənin Qaziantep vilayətində koronavirus infeksiyasına yoluxmada müşahidə olunan artım sərt karantin tədbirlərinin tətbiqinə səbəb olub.

SəhərAzəri Azərtac-a istinadla xəbər verir ki, vilayətin İslahiyə rayonunda son üç gündə 800 yoluxma halının qeydə alınması ciddi narahatlıq yaradıb. Bildirilir ki, hazırda 490 nəfər müxtəlif formada karantinə alınıb.

Qaziantep vilayətində ilk yoluxma aprelin 8-də qeydə alınmışdı. Görülən tədbirlər nəticəsində iyunun 15-dən bəri yoluxma baş vermirdi. Son günlər artan yoluxmaya görə isə bu vilayət ölkənin riskli bölgələri sırasına daxil edilib.