İyul 18, 2020 23:08 Asia/Baku
  • Ərdoğan:

Türkiyə prezidenti ölkəsinin Liviyanın Milli Birlik hökumətini Misir qarşısında qoruyacağını və Liviya xalqını heç vaxt yalnı buraxmayacağını vurğulayıb.

SəhərAzəri-nin İSNA-ya istinadla məlumatına görə, Rəcəb Tayyıb Ərdoğan cümə günü Misirin Liviyada birbaşa müdaxiləsi ehtimalına reaksiya verib. Ərdoğan Misirin Liviyadakı hərəkətlərini və Liviya Milli Ordusu adı ilə tanınan qrupa başçılıq edən Xəlifə Həftəri dəstəkləməsini qeyri-qanuni adlandırıb.

Misir Prezidenti Əbdülfəttah Əl-Sisi iyulun 16-da ölkəsinin hər iki dövlətin milli təhlükəsizliyini qorumaq iddiası ilə Liviyada birbaşa hərbi müdaxiləsini qanuni adlandırıb və vurğulayıb: "Liviyanın şimalındakı Sirt şəhəri və bu ölkənin mərkəzində yerləşən Əl-Cəfrə aviabazası Misirin qırmızı xəttidir".

Liviya 2014-cü ilin avqust ayından bəri eyni zamanda iki hökumət və iki parlamentin mövcudluğunun şahidi olub. Türkiyə 2019-cu il Noyabrın 27-də Liviyanın Milli Birlik hökuməti ilə təhlükəsizlik və dəniz sərhədlərinin müəyyən edilməsi üzrə iki əməkdaşlıq sənədi imzalayıb. Beləliklə o,Aralıq dənizdə enerji resurslarının kəşfiyyatı və hasilatı ilə bağlı imkan əldə edib. Türkiyənin bu hərəkəti Misir, Yunanıstan, Kipr və Liviyanın Milli Ordusunun komandanı Xəlifə həftərin dəstəklədiyi Abdullah Əl-Səni hökumətinin tənqidi ilə üzləşib.  

Teqlər