İyul 23, 2020 17:33 Asia/Baku
  • Ankarayla Moskvanın S-400 qərarı ABŞ-ı hiddətləndirəcək

Rəsmi Moskva Türkiyənin əlavə olaraq Rusiya istehsalı olan S-400 zenit-raket kompleksləri alması üçün heç bir maneə görmədiyini bildirir.

SəhərAzəri - RİA Novosti Xəbər Agentliyinə açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin Dördüncü Avropa Departamentinin direktoru Yuri Pilipson bildirib.
O deyib: "Türkiyənin əlavə S-400 "Triumf" zenit-raket kompleksləri almaq imkanına gəldikdə, biz Türkiyə tərəfi ilə hərbi-texniki əməkdaşlıq çərçivəsində formalaşan pozitiv təcrübənin inkişafı üçün maneə görmürük".
Qeyd edək ki, S-400-ün tədarükü ötən yay başlayıb və Ankara ilə Vaşinqton arasında gərginliyin artmasına səbəb olub. Amerikalılar türkiyəli tərəfdaşlardan sövdələşmədən imtina etməyi və "Patriot" kompleksləri əldə etməyi tələb ediblər, eləcə də Türkiyəni F-35 qırıcısının birgə istehsalı proqramdan xaric etməklə hədələyiblər. Ankara bu təzyiqlərə tab gətirib, güzəştə getməkdən imtina edib və dəfələrlə "S-400"lərin NATO-ya heç bir təhlükə yaratmadığını vurğulayıb.
Rusiya keçən noyabr ayında S-400-ün dörd divizionunun Türkiyəyə göndərilməsi üçün 2,5 milyard dollarlıq müqaviləni yerinə yetirib. 2020-ci ilin iyununda Ankara ilə Moskva "Triumf"un ikinci dəstinin tədarükünə dair prinsipial razılığa gəliblər. Bununla yanaşı, Türkiyə Respublikasının Müdafiə Sənayesi Katibliyinin rəhbəri İsmayıl Demir bildirib: "S-400 sistemi istifadə üçün alınır. Nöqtə".
Birləşmiş Ştatlar isə əvvəlki kimi "S-400"u Türkiyə torpağından çıxarmaq üsulunu axtarır: onu Türkiyədən almağı, Amerika kompleksləri ilə əvəz etməyi təklif edir və yeni sanksiyalarla hədələyir.

Teqlər