İyul 26, 2020 22:58 Asia/Baku
  • Türkiyədə COVID-19-a yoluxanların sayı 226 mini ötdü

Son sutkada Türkiyədə koronavirusdan daha 17 nəfər ölüb.

SəhərAzəri yerli mediaya istinadla xəbər verir, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin sözlərinə görə, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 5 613 nəfəri ötüb.

Son sutkada Türkiyədə koronavirusa 927 yeni yoluxma qeydə alınıb. Hazırda qonşu ölkədə koronavirus xəstələrinin ümumi sayı 226 100 nəfər təşkil edir.   

Fahrettin Koca qeyd edib ki, bu gün 1 010 koronavirus pasiyenti sağalıb. Beləliklə, Türkiyədə koronavirusdan sağalanların sayı 209 487 nəfərə yüksəlib.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 214 ölkə və bölgədə qeydə alınıb.

Teqlər

Şərhlər