İyul 27, 2020 21:56 Asia/Baku
  • Türkiyədə koronavirusdan sağalanların sayı 210 mini keçib

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından son 24 saatda 17 nəfər ölüb. Bununla da COVID-19-dan ölü sayı 5630 nəfərə çatıb.

SəhərAzəri yerli mediaya istinadla xəbər verir, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində yazıb.

Nazir bildirib ki, gün ərzində 45 283 şübhəli koronavirus testindən keçib, onlardan 919-nun cavabı pozitiv çıxıb, bu gün daha 982 xəstə sağalıb.

Türkiyədə indiyədək 227 019 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, onlardan 210 469 nəfər müalicə olunaraq evə buraxılıb.

Teqlər

Şərhlər