Avq 21, 2020 22:24 Asia/Baku
  • Türkiyədə son sutkada koronavirusdan 22 nəfər ölüb

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 22 nəfər ölüb.

SəhərAzəri yerli mediaya istinadla xəbər verir, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində yazıb. 

Nazir bildirib ki, son 24 saatda 92 227 şübhəli koronavirus testindən keçib, onlardan 1203-nün cavabı pozitiv çıxıb, ağır xəstə sayı 749 nəfər olub, 772 xəstə isə sağalaraq evə buraxılıb. 

Türkiyədə ümumilikdə 255 723  nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 6080 nəfər ölüb.

Image Caption

 

 

Teqlər