Avq 25, 2020 21:36 Asia/Baku
  • Türkiyədə son sutkada koronavirusdan 24 nəfər ölüb

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 24 nəfər ölüb.

SəhərAzəri yerli mediaya istinadla xəbər verir, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində yazıb. 

Nazir bildirib ki, son 24 saatda 98 231 şübhəli koronavirus testindən keçib, onlardan 1502-nün cavabı pozitiv çıxıb, ağır xəstə sayı 811 nəfər olub, 887 xəstə isə sağalaraq evə buraxılıb. 

Türkiyədə ümumilikdə 261 194  nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 6163 nəfər ölüb.

Image Caption

 

 

 

Teqlər