Türkiyədə son sutkada koronavirusdan 47 nəfər ölüb
Sen 01, 2020 22:59 Asia/Baku
Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 47 nəfər ölüb.
SəhərAzəri yerli mediaya istinadla xəbər verir, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində yazıb.
Nazir bildirib ki, son 24 saatda 109 443 şübhəli koronavirus testindən keçib, onlardan 1572-nün cavabı pozitiv çıxıb, ağır xəstə sayı 991 nəfər olub, 1003 xəstə isə sağalaraq evə buraxılıb.
Türkiyədə ümumilikdə 271 705 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 6417 nəfər ölüb.