Sen 06, 2020 21:35 Asia/Baku
  • Jan İv Le Drian: Avropa Şurası Türkiyə əleyhinə sanksiya məsələsini araşdıracaq

Fransa xarici işlər naziri Avropa Şurasının növbəti iclasında Türkiyə əleyhinə sanksiyaların tətbiq edilməsi məsələsini araşdıracağını dedi.

Səhər Azəri bildirir ki, Jan İv Le Drian Avropa Şurasının sentyabr ayının sonlarında təşkil edəcəyi iclasın əsas müzakirə mövzusunun Türkiyə və Aralıq dənizi böhranı olacağını deyərək, rəsmi Ankaraya qarşı sanksiyalar məsələsinin gündəmdə duracağını vurğulayıb. 

Le Drian Avropa Şurasının iclasında müzakirəyə çıxarılacaq Türkiyə dosyesinin digər avropalı xarici işlər nazirləri ilə birlikdə Almaniyada hazırlandığını və dosyedə Türkiyə əleyhinə mümkün reaksiyaların yer aldığını qeyd edib. 

Son həftələr ərzində Türkiyənin Aralıq dənizindəki neft və qaz yataqlarına dair axtarış-kəşfiyyat əməliyyatlarına etiraz olaraq Fransa başda olmaqla bir sıra Avropa ölkəsi aqressiv reaksiyalar nümayiş etdirməyə başlayıblar. 

Fransa Yunanıstanı himayə məqsədilə son günlər Aralıq dənizindəki hərbi iştirakını artırıb. 

 

Teqlər