Türkiyədə son sutkada koronavirusdan 65 nəfər ölüb
https://azeri.sahartv.ir/news/türkiyə-i367861-türkiyədə_son_sutkada_koronavirusdan_65_nəfər_ölüb
Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 65 nəfər ölüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 30, 2020 19:04 Asia/Baku
  •     Türkiyədə son sutkada koronavirusdan 65 nəfər ölüb

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 65 nəfər ölüb.

SəhərAzəri xəbər verir,  bu barədə Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca məlumat yayıb. 

Nazir bildirib ki, son 24 saatda 112 098 şübhəli koronavirus testindən keçib, onlardan 1391-nün cavabı pozitiv çıxıb, ağır xəstə sayı 1516 nəfər olub, 1245 xəstə isə sağalaraq evə buraxılıb. 

Türkiyədə ümumilikdə 318 663  nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 8195 nəfər ölüb.