PKK-nın 13 üzvü dә zәrәsizlәşdirilib
https://azeri.sahartv.ir/news/türkiyə-i368422-pkk_nın_13_üzvü_dә_zәrәsizlәşdirilib
Hakkari vә İraqın şimalında hәyata keçirilәn әmәliyyatlar nәticәsindә separatçı terror tәşkilatı PKK-nın 13 üzvü zәrәsizlәşdirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 15, 2020 14:05 Asia/Baku
  • PKK-nın 13 üzvü dә zәrәsizlәşdirilib

Hakkari vә İraqın şimalında hәyata keçirilәn әmәliyyatlar nәticәsindә separatçı terror tәşkilatı PKK-nın 13 üzvü zәrәsizlәşdirilib.

SəhərAzəri trt.net-ə istinadla xəbər verir, Türkiyәnin daxili işlәr naziri Süleyman Soylu Hakkaridә 8 terrorçunun zәrәrsizlәşdirildiyini bildirib.

Bu barәdә Süleyman Soylu şәxsi ‘‘Twitter’’ sәhifәsindә mәlumat verib.

‘‘İki günahsız mülki vәtәndaş qәtlә yetirmişdilәr. Hakkaridә. 8 terrorçu zәrәrsizlәşdirildi. Qәtlә yetirәnlәr dә lazımi cavabı verәcәklәr’’.

Milli Müdafiә Nazirliyindәn verilәn açıqlamada da İraqın şimalındakı Hakurk bölgәsindә tәsbit edilәn 5 PKK terrorçusunun  hәyata keçirilәn hava әmәliyyatı nәticәsindә zәrәsizlәşdirildiyi bildirilib.