Türkiyə S-400 zenit-raket kompleksini sınaqdan keçirir
https://azeri.sahartv.ir/news/türkiyə-i368495-türkiyə_s_400_zenit_raket_kompleksini_sınaqdan_keçirir
Türkiyə oktyabrın 13-dən 17-ə kimi Qara dəniz bölgəsindəki Sinop şəhərində artilleriya təlimlərinin keçiriləcəyini bəyan edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 16, 2020 18:25 Asia/Baku
  • Türkiyə S-400 zenit-raket kompleksini sınaqdan keçirir

Türkiyə oktyabrın 13-dən 17-ə kimi Qara dəniz bölgəsindəki Sinop şəhərində artilleriya təlimlərinin keçiriləcəyini bəyan edib.

SəhərAzəri Sputnik.Az-a istinadla yaydığı xəbər verir, Türkiyə beynəlxalq NAVTEX bildirişində oktyabrın 13-dən 17-ə kimi Qara dəniz bölgəsindəki Sinop şəhərində artilleriya təlimlərinin keçiriləcəyini bəyan edib.

Raketin buraxıldığı anın videosunu Türkiyənin "M5" hərbi jurnalı yayıb. Videoya əlavə olunmuş məlumatda Sinopda S-400 zenit-raket sistemlərinin sınaqdan keçirildiyi qeyd olunur.

Bir qədər bundan əvvəl Sputnik Türkiyə Rusiya istehsalı S-400 hava müdafiə sistemlərinin Qara dənizin Samsun vilayətinə yerləşdirdiyi barədə məlumat vermişdi. Agentlik S-400 komponentlərini daşıyan hərbi maşın karvanının görüntülərini də yaymışdı.

Türkiyə hakimiyyəti hələlik bu barədə rəsmi açıqlama verməyib.

Qeyd edək ki, Türkiyənin ABŞ-la münasibətlərində böhrana səbəb olan Rusiya istehsalı S-400 hava müdafiə sistemlərinin tədarükü 2019-cu ilin iyul ayından başlayıb. Bundan sonra Vaşinqton ABŞ-ın F-35 qırıcılarının Türkiyəyə satışını təxirə salacağını bəyan edib. ABŞ Türkiyəni sanksiyalar tətbiq etməklə hədələyərək Rusiya ilə sazişdən imtina etməsini və bunun əvəzində Amerikadan "Patriot" sistemlərinin alınmasını istəyib. Türkiyə tərəfi isə S-400 zenit-raket kompleksinin növbəti partiyasının alınması ilə bağlı danışıqları davam etdirib.