Türkiyə gəmisinin Qara dənizdəki fəaliyyəti başlanıb
Türkiyənin energetika və təbii resurslar naziri «Fatih» qazıntı gəmisinin Qara dənizdə yerləşən «Türkəli» quyusundakı fəaliyyətlərinin başlanmasından xəbər verib.
SəhərAzəri xəbər verir, Fatih Dönməz bir tvitter mesajında yazıbdır ki, «Fatih» qazıntı gəmisi 75 gün müddətinə Qara dənizdə kəşfiyyat-qazıntı əməliyyatına başlayıb.
Belə bir halda, Türkiyənin «Oruc Reis» adlı digər bir kəşfiyyat gəmisi Ankaranın öz mülkiyyəti hesab etdiyi bu bölgələrdə fəaliyyətlə məşğuldur.
Bundan öncə Yunanıstan Xarici İşlər Nazirliyi Qara dənizdə Türkiyənin fəaliyyətinin başlanmasını gərginlik yaradan təxribatçı bir hərəkət adlandırmışdı.
Yunanıstan bəzi digər Avropa ölkələri ilə bu qənaətdədir ki, Türkiyənin hərəkətləri qanunsuz və gərginlikyaradandır. Onlar bu hərəkətlərin nəticələri barədə Ankaraya xəbərdarlıq ediblər. Türkiyə isə deyir ki, bu dənizdə, Qara dənizdə və Egey dənizində yalnız öz hüquqlarını təmin etməkdədir.