Türkiyənin 3-cü qazma gəmisi Qara dənizə göndərilib
https://azeri.sahartv.ir/news/türkiyə-i369529-türkiyənin_3_cü_qazma_gəmisi_qara_dənizə_göndərilib
Türkiyənin energetika və təbii resurslar naziri bu ölkənin üçüncü qazma gəmisinin Qara dənizə göndərildiyini bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 13, 2020 11:36 Asia/Baku
  • Türkiyənin 3-cü qazma gəmisi Qara dənizə göndərilib

Türkiyənin energetika və təbii resurslar naziri bu ölkənin üçüncü qazma gəmisinin Qara dənizə göndərildiyini bildirib.

SəhərAzəri xəbər verir, Fateh Dönməz vurğulayıbdır ki, üçüncü qazma gəmisi, «Fateh» adlı öncəki gəminin qaz hasilatı məqsədilə quyu qazamaqda olduğu bir halda Qara dənizə göndərilibdir.

Bundan öncə Türkiyə rəsmiləri bildirmişdilər ki, bu ölkənin «Oruc Reis» kəşfiyyat gəmisi Ankaranın öz mülkiyyəti altında olduğunu hesab etdiyi bu bölgələrdə yerli fəaliyyətlərlə məşğuldur.

Ankara elə bir halda Şərqi Aralıq dənizindəki neft kəşfiyyatı əməliyyatlarının davamına israr edir ki, Avropa Birliyi Türkiyənin fəaliyyətlərinin davam edəcəyi təqdirdə, bu ölkəyə qarşı sanksiyalar tətbiq edəcəyi ilə hədələyibdir.