Dek 05, 2020 13:35 Asia/Baku
  • Türkiyə Avropa ölkələri ilə danışıqlara hazırdır

Türkiyə xarici işlər naziri Avropa ölkələri ilə bütün fikir ayrılıqlarını dialoq yolu ilə həll etməyə hazır olduqlarını bildirib.

SəhərAzəri xəbər verir, Mövlud Çavuşoğlu İtaliyada keçirilən altıncı Şərqi Aralıq dənizi iclasında deyib: "Bu iclas Şərqi Aralıq dənizi böhranını həll etmək və Türkiyə ilə Avropa İttifaqı arasında fikir ayrılıqlarını aradan qaldırmaq üçün ən yaxşı variantdır və ümid ediriki ki, Avropa İttifaqı ölkəmizə qarşı mövqeyini dəyişəcəkdir".

Türkiyə xarici işlər naziri əlavə edib: "Türkiyəni hədələmək və Şimali Kipr Türk Respublikasının hüquqlarına etinasızlıq Avropa ittifaqı, NATO və Aralıq dənizi xalqlarının xeyrinə deyil".

Çavuşoğlu, həmçinin bu iclasda ABŞ dövlət katibinin, Ankara tərəfindən Rusiyanın "S-400" zenit-raket kopmleksinin alınmasını tənqid etməsi barədə deyib: "S-400-lərin alınması Türkiyə üçün bir zərurətdir və heç kəsin Türkiyənin NATO-ya üzvlüyünü sual altına almaq haqqı yoxdur".

Türkiyənin xarici işlər naziri Şərqi Aralıq dənizi iclasında Almaniya və Fransanın müsəlmanların müqəddəslərinə qarşı hörmətsizliyini qınayaraq, xatırladıb: "Bəzi Avropa siyasətçiləri İslamı öz mənafelərinə uyğyn izah və təfsir edire, halbuki İslamı şərh etmək heç bir siyasətçinin səlahiyyətində deyil və başqalarının müqəddəsləri və inanclarına hörmətsizlik qəbuledilməzdir".

Teqlər