Türkiyədə son sutkada koronavirusdan 196 nəfər ölüb
Dek 05, 2020 22:58 Asia/Baku
Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 196 nəfər ölüb.
SəhərAzəri Türkiyə xəbər agentliklərinə istinadən xəbər verir, Türkiyənin yeni növ koronavirus (Covid-19) ilə mübarizəsində son 24 saatda 196 ölüm faktı qeydə alınıb. Belәliklә ölkәdә virusdan hәyatını itirәnlәrin ümumi sayı 14 min 705 nәfәrә çatıb.
Türkiyədə 178 min 903 nəfər testdən keçirilib. Onlardan 31 min 896 nəfərdə infeksiya aşkarlanıb.
Sağalan 4 min 100 nəfərlə infeksiyaya yoluxanlar arasında indiyədək 427 min 242 nəfər müalicə olunub.