Liviyada Türkiyəyə məxsus gəmi girov götürülüb
Dek 08, 2020 10:04 Asia/Baku
Liviyanın Misrata şəhərinə dərman preparatları daşıyan, Türkiyəyə məxsus olduğu bildirlən "Mebruka" yük gəmisi qanunsuz fəaliyyət göstərən Liviya Milli Ordusunun başçısı Xəlifə Haftarın qüvvələri tərəfindən ələ keçirilib.
SəhərAzəri Apa-ya istinadən verdiyi xəbərə görə, gəmi heyəti arasında doqquzu Türkiyə, biri Azərbaycan, yeddisi hindistanlı olan 17 nəfər heyət üzvü girov götürülüb.
Xəlifə Haftarın sözçüsü Əhməd Əl-Mismari yük gəmisində dərman olduğunu etiraf edib. O, gəminin Haftar tərəfindən qadağan olunan əraziyə girdiyi və “təlimatlara əməl etmədi”yi üçün Rəs Əl-Hilal limanına çəkilərək orada saxlandığını deyib.