Türkiyənin İŞİD-ə qarşı hərbi əməliyyatı
https://azeri.sahartv.ir/news/türkiyə-i371236-türkiyənin_İŞİd_ə_qarşı_hərbi_əməliyyatı
Əməliyyat nəticəsində üç İŞİD terrorçusu həbs olunub, onlardan biri İŞİD terror qruplaşmasının yüksək səviyyəli üzvü idi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 26, 2020 09:01 Asia/Baku
  • Türkiyənin İŞİD-ə qarşı hərbi əməliyyatı

Əməliyyat nəticəsində üç İŞİD terrorçusu həbs olunub, onlardan biri İŞİD terror qruplaşmasının yüksək səviyyəli üzvü idi.

SəhərAzəri xəbər verir, Türk jandarma qüvvələri, İŞİD terror qruplaşmasına üzv olmaq və qrupun silahlı fəaliyyətlərində iştirak etmək ittihamı ilə üç Suriya vətəndaşını həbs edib.
Bu adamlar, Türkiyənin cənubunda yerləşən Osmaniye şəhərində müəyyən edilmiş bir neçə yerə jandarma basqını zamanı tutulublar. Saxlanılanlardan biri, Suriyada İŞİD terror qruplaşmasının sözdə liderlərindən biri idi.
Türk Jandarma qüvvələri tutulanlarin evlərindən çox sayda rəqəmsal avadanlıq ələ keçirib.