Türkiyənin yeni peyki kosmosa buraxılıdı
https://azeri.sahartv.ir/news/türkiyə-i371768-türkiyənin_yeni_peyki_kosmosa_buraxılıdı
TurkSat 5A peyki, bu gün Türkiyə vaxtı ilə 05:15-də ABŞ-ın Florida ştatındakı Kanaveral kosmodromundan Falcon 9 raketi ilə buraxılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 08, 2021 05:10 Asia/Baku
  • Türkiyənin yeni peyki kosmosa buraxılıdı

TurkSat 5A peyki, bu gün Türkiyə vaxtı ilə 05:15-də ABŞ-ın Florida ştatındakı Kanaveral kosmodromundan Falcon 9 raketi ilə buraxılıb.

SəhərAzəri Anadolu xəbər agentliyinə istinadən xəbər verir, ABŞ-ın “SpaceX” şirkəti Türkiyənin rabitə peyki olan “Türksat 5A”-nı orbita çıxarıb. Peykin kosmosa daşınması “Falcon 9” daşıyıcı-raketlə həyata keçirilib. Raketin buraxılması “SpaceX” şirkətinin saytında canlı yayımlanıb.

Raket ABŞ-ın Şərq sahili vaxtı ilə saat 21:15-də (Türkiyə vaxtı ilə 05:15-də) Florida ştatındakı Kanaveral kosmodromundan göyə qalxıb. Peykin bu ilin ikinci yarısında işə başlayacağı gözlənilir.

Beşinci nəsil peyk 30 il istismarda olacaq və Türkiyə, Avropa, Orta Şərq, Afrika və bir sıra digər bölgələrdə televiziya yayımı xidmətləri göstərəcək.

Kosmosda peyk sahibi olan 30 ölkədən biri kimi Türkiyənin aktiv peyklərinin sayı telekommunikasiya peyki “Türksat 5A”-nın Yer orbitinə çıxarılması ilə 4 olacaq.