Türkiyədə Çin istehsalı olan vaksinin kütləvi istifadəsi təsdiqlənib
https://azeri.sahartv.ir/news/türkiyə-i371998-türkiyədə_Çin_istehsalı_olan_vaksinin_kütləvi_istifadəsi_təsdiqlənib
Türkiyə Əczaçılıq və Tibbi Cihaz Agentliyi Çinin “Sinovak” əczaçılıq korporasiyası tərəfindən hazırlanmış “Coronavak” inaktiv vaksinin Türkiyədə kütləvi istifadəsini təsdiqləyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 13, 2021 18:18 Asia/Baku
  • Türkiyədə Çin istehsalı olan vaksinin kütləvi istifadəsi təsdiqlənib

Türkiyə Əczaçılıq və Tibbi Cihaz Agentliyi Çinin “Sinovak” əczaçılıq korporasiyası tərəfindən hazırlanmış “Coronavak” inaktiv vaksinin Türkiyədə kütləvi istifadəsini təsdiqləyib.

SəhərAzəri xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca mətbuat konfransında bildirib.

Nazir deyib ki, sabahdan başlayaraq ölkədə öncə tibb işçiləri olmaqla peyvəndləməyə kütləvi start veriləcək.

Peyvəndləmə prosesinin şəffaflığına xüsusilə diqqət ediləcəyini deyən nazir yeni növ koronavirusa (COVID-19) qarşı özünün də peyvənd olduğunu deyib və dövlət rəsmilərinin peyvənd olunması nümunəsinə geniş yer veriləcəyini bildirib.