Türkiyə parlamentindən Avropa parlamentinin qərarına reaksiya
Türkiyə parlamentinin sədri Avropa parlamentinin Suriya böhranı barədəki qərarına reaksiya verib.
SəhərAzəri xəbər verir, Mustafa Şentop İstanbulda müxbirlərlə müsahibədə Avropa parlamenti assambleyasının Türkiyə qüvvələrinin Suriyadan çıxarılmalarına dair qərarına cavab olaraq deyib: Bu qərar təəccüblü deyil, çünki hələ Avropada xudbin və mənfəətpərəst siyasətçilərindən bir qrupu mövcuddur.
Türkiyə parlamentinin sədri həmçinin avropalı rəsmilərin Suriya barədəki sözlərini rüsvayçılıq və utanc mənbəyi adlandırıb. O, bir daha suriyalı didərginlərin qəbul edilməsi məsələsini irəli sürüb. İddia edib ki, Ankara bu işi təklikdə görəcək.
Avropa Parlamenti Suriyada böhranın hökm sürməsinin onuncu ilində bir layihə qəbul edərək, Türkiyədən istəyibdir ki, öz hərbi qüvvələrini Suriyadan çıxarsın.
Avropa parlamentinin bəyanatına cavabda Türkiyə xarici işlər nazirliyi də bir bəyanatda Suriyaya qoşun yeritməyi və bu ölkəyə hərbi müdaxiləni özünümüdafiə üçün şərtli bir haqq adlandırıb.
Türkiyə ordusu terrorçularla mübarizə bəhanəsilə iki ildən çox müddət öncə Suriyanın bəzi bölgələrini işğal edib və Türkiyə hərbçilərindən bir qrupu hələ də bu bölgələrdə iştirak edir.