Çavuşoğlu: "ABŞ-a S-400 məsələsinin bizim üçün bitdiyini söylədik"
https://azeri.sahartv.ir/news/türkiyə-i374825-Çavuşoğlu_abŞ_a_s_400_məsələsinin_bizim_üçün_bitdiyini_söylədik
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Brüsseldəki NATO qərargahında ABŞ Dövlət katibi Entoni Blinkenlə görüşüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 24, 2021 12:31 Asia/Baku
  • Çavuşoğlu:

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Brüsseldəki NATO qərargahında ABŞ Dövlət katibi Entoni Blinkenlə görüşüb.

SəhərAzəri APA-ya istinadən xəbər verir ki, mətbuat konfransı keçirən Çavuşoğlu görüş zamanı toxunulan məsələlərdən danışıb.

O qeyd edib ki, Blinkenlə konstruktiv olaraq görüşüb: "Görüş zamanı S-400 məsələsinin Türkiyə üçün bitdiyini dedim. Bundan sonra başda ABŞ olmaqla müttəfiqlərimizlə ehtiyaclarımızı qarşılamaq üçün əməkdaşlıq edəcəyimizi bildirdim. ABŞ dövlət katibi ilə Türkiyədə və ya ABŞ-da daha geniş tərkibdə görüşün keçiriləcəyinə dair razılığa gəldik”.