Avropa İttifaqı rəsmiləri münasibətlərin bərpası məqsədi ilə Türkiyəyə səfər edəcək
https://azeri.sahartv.ir/news/türkiyə-i375364-avropa_İttifaqı_rəsmiləri_münasibətlərin_bərpası_məqsədi_ilə_türkiyəyə_səfər_edəcək
Avropa Şurasının prezidenti Şarl Mişel və Avropa Komissiyasının rəhbəri Ursula Von Der Leyen Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə bu gün Türkiyəyə işgüzar səfərə gələcəklər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 06, 2021 05:53 Asia/Baku
  • Avropa İttifaqı rəsmiləri münasibətlərin bərpası məqsədi ilə Türkiyəyə səfər edəcək

Avropa Şurasının prezidenti Şarl Mişel və Avropa Komissiyasının rəhbəri Ursula Von Der Leyen Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə bu gün Türkiyəyə işgüzar səfərə gələcəklər.

SəhərAzəri xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr departamentinin yaydığı məlumatda ​​deyilir.

Məlumata görə, danışıqlar zamanı Türkiyə ilə Avropa Birliyi arasındakı münasibətlərin hərtərəfli müzakirəsi planlaşdırılır.

Tərəflər Ankara ilə Brüssel arasında Türkiyənin AB-yə daxil olmasının perspektivi çərçivəsində işbirliyini inkişaf etdirmək üçün atıla biləcək addımları nəzərdən keçirəcəklər.

Bundan başqa, regional gündəlikdəki aktual məsələlər və beynəlxalq tədbirlər barədə fikir mübadiləsinin aparılması da planlaşdırılır.