Ərdoğanın iştirakı ilə "Bozdoğan" raketinin təqdimatı olub
https://azeri.sahartv.ir/news/türkiyə-i375904-Ərdoğanın_iştirakı_ilə_bozdoğan_raketinin_təqdimatı_olub
Türkiyə prezidentinin iştirakı ilə bu ölkə məhsulu olan "Bozdoğan" tipli hava-hava raketinin təqdimatı olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 17, 2021 07:31 Asia/Baku
  • Ərdoğanın iştirakı ilə

Türkiyə prezidentinin iştirakı ilə bu ölkə məhsulu olan "Bozdoğan" tipli hava-hava raketinin təqdimatı olub.

SəhərAzəri xəbər verir ki, bu raketin təqdimatı ilə Türkiyə həmin silah istehsalı üzrə az sayda ölkələr sırasına qoşulub.

"Bozdoğan" tipli hava-hava raketi 2022-ci ildə rəsmi surətdə Türkiyə silahlı qüvvələrinin ixtiyarında olacaq.

"Bozdoğan", qısa mənzilli "Gökdoğan" tipli hava-hava raketi ilə yanaşı Türkiyənin ən mühüm yerli qırıcı silahlarını təşkil edəcək və bundan əlavə, Türkiyənin F-16 qırıcılarında və PUA-larında da istifadə olunacaqdır.

"Bozdoğan" tipli hava-hava raketinin düzəldilməsi prosesi ilə yaxından tanış olan Türkiyə prezidenti Ərdoğan bu gün öz şəxsi tvitter səhifəsində bu uzaq mənzilli raket sınağının uğurlu keçməsindən məmnunluq ifadə edib.