Ərdoğan Kiprdə müzakirələrin yeni prosesinə reaksiya verib
https://azeri.sahartv.ir/news/türkiyə-i377286-Ərdoğan_kiprdə_müzakirələrin_yeni_prosesinə_reaksiya_verib
Türkiyə prezidenti deyir ki, əgər Kiprdə müzakirələrin yeni prosesinin başlanması qərara alınarsa, onda bu müzakirələr iki dövlət arasında keçirilməlidir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 23, 2021 14:41 Asia/Baku
  • Ərdoğan Kiprdə müzakirələrin yeni prosesinə reaksiya verib

Türkiyə prezidenti deyir ki, əgər Kiprdə müzakirələrin yeni prosesinin başlanması qərara alınarsa, onda bu müzakirələr iki dövlət arasında keçirilməlidir.

 SəhərAzəri-nin məlumatına əsasən,Rəcəb Tayyıb Ərodoğan türksakinli Şimali Kiprə suyun ötürülməsi üzrə video-konfrans formasında keçirilən mərasimdə çıxış edib.

«Kipr türklərini 1963-1974-cü illlər arasında qətlə yetirən kəslər müzakirələr prosesində həll yoluna yaxınlaşarkən puç bəhanələrlə müzakirə masasından qaçdılar»- deyən Ərdoğan bildirib ki, Kipr sülh müzakirələri Yunanınstan tərəfindən adaların reallıqlarından uzaq, həyasızcasına və barışmaz mövqenin tutulmasına görə, bir nəticəyə çatmayıb və Kipr türklərinin bərabər durumu və hakimiyyət bərabərliyi prinsipi təsdiq olunmalı və müzakirələr ondan sonra başlanmalıdır.

Türkiyə prezidenti xəbərdarlıqla vurğulayıb ki, Şərqi Aralıq dənizində mövcud olan enerji mənbələri barədə Kipr türklərinin hüquqlarının pozulmasına yol verməyəcək.