Mavi Mərmərə gəmisinə hücumun ildönümündə
Türkiyədə işğalçı İsrailə etiraz olundu
Türkiyənin İstanbul şəhərində yerləşən İsrail konsulluğu qarşısında aksiya keçirilib.
SəhərAzəri türk mediadına istinadla xəbər verir: Nümayişçilər 31 may 2010-cu il tarixində sionist İsrail rejimi əsgərlərinin Fələstinə humanitar yardım aparan "Mavi Mərmərə" gəmisinə edilən hücumuna etiraz ediblər.
Aksiyada çıxış edənlər Türkiyə hökumətinin İsrail ilə hələ də iqtisadi əlaqələri pozmamasını Fələstinə xəyanət olaraq xarakterizə ediblər. Türkiyə polisinin aksiyaya müdaxilə etmədiyi və insidentsiz yekunlaşdığı diqqətə çatdırılır.
Xatırladaq ki, 31 may 2010-cu ildə "Mavi Mərmərə" gəmisi Qəzzə zolağında hərbi münaqişədən əziyyət çəkən insanlara humanitar yardım aparan zaman İsrail hərbi dəniz qüvvələrinin hücumuna məruz qalmış, nəticədə 9 nəfər öldürülmüş, 60-a yaxın insan yaralanmışdı.