İyul 08, 2021 12:34 Asia/Baku
  • Türkiyənin ən mötəbər bankına kiber hücumu edilib

Türkiyənin ən mötəbər bankı olan «Ak Bank», kiber hücumuna məruz qalıb.

SəhərAzəri-nin məlumatına əsasən, kiber hücumundan sonra istifadəçilərin bankın saytına əlçatanlığı problemlə üzləşib. İki gündür ki, bankın şöbələrindən heç biri bank əməliyyatını icra etməyə qadir deyil.

Belə bir halda, ötən il koronavirus pandemiyası dövründə göstərdiyi xüsusi xidmətlərə görə, bu bank Türkiyənin ən yaxşı bankı seçilmişdi.

Türkiyədə sosial şəbəkə istifadəçilərinin kiber hücumu və bank hesablarının informasiyalarının oğurlanması barədəki etirazlarına rəğmən, «Ak Bank»ın başçıları bir məlumatda kiber hücumunu rədd edərək, yalnız kompüter sistemində texniki nasazlığın olması ilə kifayətləniblər.

Teqlər