İyul 13, 2021 12:26 Asia/Baku
  • Ərdoğan İsrail ilə münasibətləri Yaxın Şərqin təhlükəsizliyi üçün əhəmiyyətli hesab edir

Türkiyə prezidenti sionist İsrail rejiminin yeni prezidenti İshak Hersoq-la telefon danışığında işğalçı rejimi tərifləyib.

SəhərAzəri-nin məlumatına əsasən, Türkiyə lideri Rəcəb Təyyib Ərdoğan bildirib ki, bütün fikir ayrılıqlarına baxmayaraq təmasların və dialoqun qorunması vacibdir.

Ərdoğan qeyd edib ki, Türkiyə-İsrail münasibətləri Yaxın Şərqin təhlükəsizliyi və sabitliyi üçün böyük əhəmiyyətə malikdir.

Bu açıqlama İsrail rejiminin Qəzzə bölgəsində yüzlərlə fələstinlini qətliam etməsindən çox keçməmiş Türkiyə ictimaiyyəti ilə yanaşı məzlum Fələstin xalqı və regionun müsəlman xalqlarının məyusluğuna səbəb olub. Bildirilir ki, Türkiyə hökuməti bu addımı ilə bir tərəfdən ABŞ dövlətinin təzyiqlərindən xilas olmaq istəyir, başqa tərəfdən isə iqtisadi problemlərin məngənəsindən çıxmaqdan ötrü qeyri-legittim rejimə üz tutmaq qərarına gəlibdir.

Maraqldır ki, region xalqlarının və eləcə də seçkilərdə türk ictimaiyyətinin rəğbətini qazanmaq üçün vaxtaçırı İsraili qınayan Ərdoğan ötən illərdə nəinki bu rejimlə əlaqələrini kəsməyə hazır olmadı, hətta onunla ticarət dövriyyəsini artırdı.

Sözçü qəzeti bu haqda yazır ki, Türkiyə ilə İsrail rejimi arasındakı ticarət həcmi 6,2 milyard dollara yüksəlib. Bu istiqamətdə ötən il Türkiyə Fələstin torpaqlarını işğal altında saxlayan İsrailə 4,7 milyard dollarlıq ixracat edib. Bununla da İsrail rejimi Türkiyənin ixracat siyahısında 9-cu pillədə yer alıb.

2021-ci ilin ilk 4 ayında isə icracat 1 milyard 851 milyon dollara çatıb. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 35 faiz artım deməkdir.

Məlumat üçün bildirək ki, 10 il öncə Türkiyənin İsrail rejiminə ixracatı 2,4 milyard dollar idi.

Ədalət və İnkişaf Partiyasının (AKP) hakimiyyətə gəldiyi 2002-ci ildə isə bu rəqəm cəmi 850 milyon dollar olub. Sonrakı 18-19 ildə bu rəqəm təxminən 5,5 dəfə artıb.

Bundan başqa, İsrail rejiminin ən çox mal və məhsul idxal etdiyi ölkələr sırasında Türkiyə 4-cü yerdədir. İsrail rejiminin ən çox idxalat etdiyi ölkələrin ilk üçlüyündə Çin, ABŞ və Almaniya yer alır.

Bundan başqa, İsraildə yerləşən şəxslərin Türkiyəyə investisiya həcmi 770 milyon dollar, Türkiyənin İsrail rejiminə investisiyası isə 100 milyon dollardan çox olub.

Beləliklə də Türkiyə və İsrail siyasətçiləri arasında sözdə gərginlik müşahidə edilsə də, iqtisadi münasibətlər artan tempdə davam edir.

 

Teqlər