Türkiyədə korona üzrə son statistika
https://azeri.sahartv.ir/news/türkiyə-i381158-türkiyədə_korona_üzrə_son_statistika
Türkiyənin səhiyyə nazirliyi bu ölkədə koronavirusa yoluxanlar və bu xəstəlikdən ölənlərin sayının artdığını bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 17, 2021 06:31 Asia/Baku
  • Türkiyəd
    Türkiyəd

Türkiyənin səhiyyə nazirliyi bu ölkədə koronavirusa yoluxanlar və bu xəstəlikdən ölənlərin sayının artdığını bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, Nazirlik dünən gecə qeyd edib ki, ötən sutka ərzində bu ölkədə 28 min 118 nəfər koronavirusa yoluxub, 262 Türkiyə vətəndaşı isə COVID-19 xəstəliyi nəticəsində həyatını itiribdir.

Bu yeni statistika ilə Türkiyədə koronavirusa yoluxanların sayı altı milyon 767 min səkkiz nəfərə yüksəlib. Bu virusdan ölənlərin sayı isə altmış min 903 nəfərə çatıb.

Türkiyədə koronavirus nəticəsində yoluxma və ölüm statistikası son həftələrdə bir daha artım prosesinə malik olubdur.