Dek 30, 2021 12:18 Asia/Baku
  • Ərdoğan
    Ərdoğan

Türkiyə prezidenti iddia edib ki, bu ölkə gələcəkdə dünyanın üstün iqtisadi ölkələrindən birinə çevriləcək.

SəhərAzəri-nin məlumatına əsasən, Rəcəb Tayyıb Ərdoğan Ankarada keçirilən bir mərasimdə ölkəsinin iqtisadi fəaliyyətinə işarə ilə iddia edib ki, onun hökumətinin məqsədi, Türkiyəni dünyanın on üstün iqtisadiyyatı arasında yerləşdirməkdir.

«Texnologiya istiqlaliyyətinin Türkiyənin siyasi istiqlaliyyətini təmin edəcəyi məsələsindən xəbərdar olaraq, səylərimizi davam etdirəcəyik.»- deyə, Ərdoğan bildirib.

Türkiyə prezidentinin sözlərinin qarşısında qeyd edək ki, bu ölkənin milli pul vahidi- lirə son günlər ABŞ dolları da daxil olmaqla xarici valyutalar qarşısında öz dəyərini itirib. İnflyasiya göstəricisi də 21 faizdən çox olub. Bu da Türkiyə xalqının narazılığına səbəb olubdur.

Lirənin dəyər itirməsi, inflyasiya, bunların əsasında da xalqın daha da yoxsullaşması Rəcəb Tayyıb Ərdoğanın reytinqinin misli görünməmiş həddə azalması ilə nəticələnib.

 

Teqlər