Rusiya və Ukrayna razılaşmaya yaxındırlar
https://azeri.sahartv.ir/news/türkiyə-i387152-rusiya_və_ukrayna_razılaşmaya_yaxındırlar
Türkiyənin xarici işlər naziri bildirib ki, Rusiya və Ukrayna atəşkəsin yaranmasına səbəb ola biləcək razılaşmaya yaxındırlar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 21, 2022 08:51 Asia/Baku
  • Rusiya və Ukrayna razılaşmaya yaxındırlar

Türkiyənin xarici işlər naziri bildirib ki, Rusiya və Ukrayna atəşkəsin yaranmasına səbəb ola biləcək razılaşmaya yaxındırlar.

Mövlud Çavuşoğlu bu gün verdiyi müsahibədə həmçinin deyib ki, ötən həftə Rusiya ilə Ukrayna arasında keçirilən müzakirələrdə iki tərəf arasında mühüm məsələlər barədə irəliləyişlər əldə olundu.

O, deyib: Deyə bilərik ki, əgər tərəflər hazırkı mövqelərindən geri çəkilməzlərsə, atəşkəsin əldə olunmasına ümid edirik.

Rusiya fevralın 24-ü səhər tezdən Ukraynaya hərbi hücum barədə göstəriş verdi. Bu hadisə Moskvanın Ukraynanın şərqində yerləşən Donetsk və Luqansk respublikalarının istiqlaliyyətlərini rəsmən tanımasından bir neçə gün sonra baş verdi.