Türkiyə S-400-dən imtina etməyəcək
https://azeri.sahartv.ir/news/türkiyə-i387213-türkiyə_s_400_dən_imtina_etməyəcək
"Türkiyə Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə sistemindən imtina etməyəcək". Bu bürədə Rusiyanın “İzvestiya” qəzetinə müsahibəsində Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir deyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 23, 2022 15:25 Asia/Baku
  • Türkiyə S-400-dən imtina etməyəcək

"Türkiyə Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə sistemindən imtina etməyəcək". Bu bürədə Rusiyanın “İzvestiya” qəzetinə müsahibəsində Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir deyib.

SəhərAzəri-nin məlumatına əsasən, İsmayıl Dəmir qeyd edib ki, bu məsələ Türkiyə tərəfi üçün müzakirə mövzusu deyil:

“Bu məsələ əvvəllər də müzakirə olunub və indi biz Rusiya Federasiyası ilə əməkdaşlığı davam etdiririk. Türkiyə öz siyasətini və tutacağı yolu özü müəyyən edə bilər”, - Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir deyib.