Türkiyədə yeni seçkilərə hazırlıqlar başlayıb Ərdoğanın prezident seçkilərində namizədliyi irəli sürüldü
İyun 05, 2022 08:59 Asia/Baku
-
Türkiyədə yeni seçkilərə hazırlıqlar başlayıb Ərdoğanın prezident seçkilərində namizədliyi irəli sürüldü
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) Rəcəb Təyyib Ərdoğanı 2023-cü ilin yayında keçiriləcək prezident seçkilərində Cumhur İttifaqının namizədi kimi irəli sürüb.
bunu AKP-nin mətbuat katibi Ömər Çelik partiya qurultayının yekunlarına görə bildirib.
O, ölkə müxalifətinin öz məğlubiyyətlərinə indidən bəhanə uydurmağa çalışdığını da qeyd edib.
Bu arada müxalifət partiyaları hələlik öz namizədlərini açıqlamayıblar. Bundan əlavə, altı müxalifət partiyasının bloku növbədənkənar seçkilərin keçirilməsində israrlıdır.
Xatırladaq ki, Türkiyədə prezident və parlament seçkiləri 2023-cü ilin iyun ayına təyin edilib. Cumhur İttifaqı hakim blokuna AKP və ifrat sağçı Milliyyətçi Hərəkat Partiyası daxildir.