Ukraynadan taxıl ixracının başlanmasına reaksiya
https://azeri.sahartv.ir/news/türkiyə-i390213-ukraynadan_taxıl_ixracının_başlanmasına_reaksiya
Türkiyə bildirib ki, Ukrayna taxılını daşıyan gəmilər Kiyev və Moskvanın həmkarlığı ilə dəniz minalarından uzaq olan təhlükəsiz istiqamətlərdən hərəkət edə bilərlər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 17, 2022 07:11 Asia/Baku
  • Mövlud Çavuşoğlu
    Mövlud Çavuşoğlu

Türkiyə bildirib ki, Ukrayna taxılını daşıyan gəmilər Kiyev və Moskvanın həmkarlığı ilə dəniz minalarından uzaq olan təhlükəsiz istiqamətlərdən hərəkət edə bilərlər.

SəhərAzəri-nin məlumatına əsasən, Rusiya da bildiribdir ki, Ukraynanın taxıl yükü üçün təhlükəsiz istiqaməti Qara dəniz limanlarından təqdim edib, amma bu dəhlizlərin yaradılmasında məsuliyyət daşımır.

Eyni zamanda, Türkiyə təklif edibdir ki, Ukrayna taxılını daşıyan gəmilər dəniz minalarından uzaq olan təhlükəsiz istiqamətlərdən gediş-gəliş edə bilərlər.

Bununla bağlı, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildiribdir ki, BMT-nin təklifinə əsasən, dəniz minaları olmayan ərazilərdə bir təhlükəsiz dəniz koridoru yaratmaq olar. O, deyib: Dəniz minalarının məkanının məlum olmasına görə, üç limanda xas təhlükəsizlik xətləri yaradılacaq və ticarət gəmiləri ukraynalı gəmilərin istiqamətləndirmələri ilə asanlıqla və minaların təmizlənməsinə ehtiyac olmadan limanlara gediş-gəliş edə bilərlər.