Türkiyənin duz gölü Urmiyyə gölü kimi qurumaqdadır
Türkiyənin duz gölü quraqlıq, çox su aparan kənd təsərrüfatında yeraltı sulardan istifadə və iqlim dəyişikliləri üzündən, elə bir duruma düşübdür ki, ötən illərdən bəri bu gölə uçub gəlmiş köçəri qızılqazların xeyli hissəsi istidən və susuzluqdan tələf olubdur.
SəhərAzəri-nin məlumatına əsasən, Türkiyə ekologiya və şəhərsalma nazirliyinin layihə koordinatorlarından olan doktor Əhməd Karataş bildiribdir ki, bu gölə dörd kilometrlik su borusunun çəkilməsi göldəki qızılqazların əksər hissəsinin tələf olmalarının azalmasında təsirli olub.
Ötən il quraqlığa görə, duz gölündə gənc qızılqazların qrup halında tələf olmalarının şahidi olduq- deyən Karataş qeyd edibdir ki; iqlim dəyişikliləri beynəlxalq bir məsələdir və ölkəmizdə, xüsusən duz gölü hövzəsindəki quraqlıq da özünü göstərdi.
Xatırladaq ki, duz gölü Van gölündən sonra Türkiyədə ikinci göldür. Bu gölün suyu Urmiyyə gölü kimi duzlu və şordur.
Türkiyədə istehlak edilən duzun altmış faizindən çoxu məhz bu göldən təmin olunur.