Okt 03, 2022 21:13 Asia/Baku
  • Türkiyədə inflyasiya rekord həddə çatıb

Türkiyədə sentyabr ayında 83,4 faizlik infliyasiya qeydə alınıb.

SəhərAzəri-nin məlumatına əsasən, bazar ertəsi açıqlanan rəsmi statistikaya görə, Türkiyədə sentyabr ayında illik inflyasiya 83,4 faizə yüksəlib. 

İstehlak qiymətlərindəki kəskin artım türk lirəsinin ucuzlaşmasının davam etməsi və ölkənin mərkəzi bankının ötən həftə açıqladığı yeni faiz dərəcələrinin 13 faizdən 12 faizə endirilməsinin nəticəsidir.

Bu ilin əvvəlindən dəyərinin yarıdan çoxunu itirən türk valyutası bazar ertəsi səhər hər bir dollar qarşısında 18,56 səviyyəsində ticarət olunub. 

Teqlər