İstanbulda 51 etirazçı həbs edilib
Okt 10, 2022 11:33 Asia/Baku
Türkiyənin təhlükəsizlik qüvvələri İstanbulda 51 etirazçını həbs edib.
SəhərAzəri-nin məlumatına əsasən, həmin şəxslər İstanbulda icazəsiz etiraz aksiyası keçirməyi planlaşdırıblar.
Məlumata əsasən, həbs olunanlar arasında Xalq Demokratik Partiyasının sədr əvəzi də var. Bu partiya rəsmisi nümayişçilərin press-relizini oxumalı idi.
Etirazçılar bu etiraz aksiyasını İstanbulun üç ərazisində keçirməyi planlaşdırıblar.
Teqlər