“Foreign Policy”:
"Türkiyənin Azərbaycana dəstəyi bölgədəki problemin həllinə əngəl törədir"
Amerikanın “Foreign Policy” jurnalı qalmaqallı ifadələrin yer aldığı təhlil dərc edib.
SəhərAzəri-nin məlumatına əsasən, “NATO Türkiyənin şantajına qarşı durmalıdır” (NATO Must Stand Up to Turkey’s Blackmail) başlığı ilə oxuculara təqdim edilən təhlildə Azərbaycan və Türkiyə ilə bağlı müəyyən iddialar yer alıb.
Yazıda Türkiyənin İsveç və Finlandiyanın NATO-ya üzv olması üçün son dayanacaq olduğu vurğulanıb. Türkiyənin NATO-nun qonşuları üçün stabilləşdirici güc kimi qarışıq rekorda malik olduğunu yazan jurnal Ankaranın Şərqi Aralıq dənizində mübahisəli və qeyri-qanuni qazma işləri apardığını irəli sürüb.
"Türkiyə Liviya ilə enerji sazişi imzalayıb. NATO müttəfiqi Yunanıstana qarşı aqressiv ritorikadan və güc nümayişindən istifadə edir" - məqalədə qeyd olunub.
“Foreign Policy” Türkiyənin Qafqaz siyasətindən, Bakı-Ankara münasibətlərindən də bəhs edib.
Təhlildə iddia olunub ki, iki ölkənin yaxınlığı, Türkiyənin Azərbaycana dəstəyi bölgədəki problemin həllinə əngəl törətdir. Məqalədə rəsmi Bakı və Ankaranın Qafqazda sülh və sabitlik tərəfdarı olmadıqları vurğulanıb.