Avq 24, 2023 12:07 Asia/Baku
  • Türkiyə rəsmiləri taxil razılaşmasını bərpa etməyə çalışırlar

Taxıl müqaviləsinin bərpası H.Fidanın Rusiya səfərinin gündəmində durur.

Türkiyədəki məlumatlı mənbələrin sözlərinə görə, bu   ölkənin xarici işlər naziri Hakan Fidan taxıl müqaviləsinin bərpası barədə danışıqlar aparmaq üçün sentybrda Moskvaya səfər edəcək.

Türkiyədə çıxan Milliyyət qəzetinin yazdığına görə, Rusiya, BMT və Türkiyə rəsmiləri arasında taxıl müzakirələri bu təşəbbüsün bərpası üzrə ssenari olub, İstanbulda keçirilə bilər. Əgər bu danışıqlar uğurlu olarsa, Ukraynanın iştirakı ilə İstanbul iclası ondan sonra keçirilə bilər.

Qəzetin yazdığına görə, Türkiyə prezidentinin baş müşaviri Çağatay Kılıç avqustun 23-də Kiyevə səfər edib. Fidan da avqustun 25-də Ukrayna paytaxtına səfər edəcək. Bu məlumata görə, türkiyəli rəsmilərin iş gündəmləri, Qara dəniz vasitəsilə taxılın daşınması haqdakı razılaşmanın icrasının bərpası üzrə səylərə şamil olur.

Keçən ay Rusiya sözügedən razılaşmadakı iştirakını dayandırdı. Ankara bu razılaşmanı bərpa etməyə çalışır. Türkiyə həmçinin 500 gündən çox sürən Rusiya-Ukrayna müharibəsinə son qoymaq istiqamətində vasitəçi rolunda çıxış edir.

Türkiyə mediaları həmçinin çərşənbə axşamı günü bildirdilər ki, bu ölkənin prezidenti Rəcəb Tayyıp Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə taxıl razılaşması barədə müzakirə aparmaq üçün tezliklə həmin ölkəyə səfərə çıxacaq.

Türkiyədə çıxan “Yeni Şafak” qəzeti yazıbdır ki, Ərdoğanın Rusiyaya gözlənilən səfəri taxıl razılaşmasının gələcəyi barədə razılığa çatmaq baxımından yüksək önəmə malikdir