Türkiyə XİN başçısı: Qəzzə dünyanın ən böyük həbsxanasından ən böyük qəbiristanlığına çevrilib
Türkiyə xarici işlər naziri Hakan Fidan Qəzzə zolağının müharibə nəticəsində dünyanın ən böyük açıq həbsxanasından dünyanın ən böyük açıq qəbiristanlığına çevrildiyini bildirib.
Türkiyənin TRT kanalının məlumatına görə, Çinin xarici işlər naziri Vanq Yinin dəvəti ilə getdiyi Pekində “Çin və Qloballaşma Mərkəzi” beyin mərkəzində çıxışı zamanı sionist rejimin Qəzzə zolağına qarşı hücumlarına toxunub.
Hakan Fidan Fələstinlilərin iztirablarının yeni bir hadisə olmadığını, amma 2023-cü il oktyabrın 7-dən bəri görünməmiş səviyyəyə çatdığını bəyan edərək, deyib: "Qəzzə dünyanın ən böyük üstü açıq həbsxanası kimi tanınırdı. İndi isə dünyanın ən böyük üstü açıq qəbiristanlığına çevrilib"
Hazırda Qəzzədə təhlükəsiz yer olmadığını deyən Hakan Fidan əlavə edib: "Gözümüzün qabağında baş verən insan faciəsi İsrailin Rəfəhə hücumu ilə daha da pisləşir".
Fidan Türkiyənin İsrail rejiminin 2023-cü ilin oktyabrında Qəzzəy hücumundan sonra atəşkəsi təmin etməyə, münaqişənin coğrafi yayılmasının qarşısını almağa və Qəzzə zolağına humanitar yardımın fasiləsiz çatdırılmasını təmin etməyə çalışdığını və iki dövlətli həll yolu çərçivəsində paytaxtı Şərqi Qüds olan müstəqil, suveren və coğrafi baxımdan inteqrasiya olunmuş Fələstin Dövlətinin qurulmasının zəruriliyini vurğuladığını söyləyib.