Apr 22, 2025 11:34 Asia/Baku
  • Türkiyəli yazar “Davud dəhlizi”nin mahiyyətini şərh edib

Türkiyəli yazar sionist İsrail rejiminin Suriya ilə bağlı təhlükəli planını ifşa edib.

Türkiyəli yazar Mərd İnan “Haber Qlobal”dakı məqaləsində bildirib ki, Şərqi Aralıq dənizindən İran sərhədinə qədər uzanan bu strateji xətt üzərində İsrailin qurmağa çalışdığı “Davud dəhlizi” təkcə təhlükəsizlik konsepsiyası deyil, enerji, kəşfiyyat və hərbi tarazlıq baxımından da çoxölçülü bir layihə kimi önə çıxır. Bu xəttin mərkəzində terrorçu PYD/YPG strukturu mühüm rol oynayır.

O qeyd edib ki, “Davud dəhlizi” həm də İran və Türkiyə kimi regional gücləri hədəfləyən bir təhlükəsizlik anlayışıdır:

“Dəhliz İsrailin şimal sərhədlərini qorumaq, eyni zamanda İranın Suriya və Livandakı təsirini kəsmək və Türkiyənin cənubunda bufer zona yaratmaq məqsədi daşıyır. Bu plan çərçivəsində İsrailin Suriya daxilində hava hücumları son 3 ildə 70 faiz artıb. Bu hücumlar İrana bağlı silahlılarla müharibənin bir hissəsi kimi görülsə də, eyni zamanda “təmizləmə əməliyyatları” vasitəsilə “Davud dəhlizi”nin marşrutunun hazırlanması kimi də şərh edilir”, - deyə türkiyəli yazar öz məqaləsində qeyd edir.

Xatırladaq ki, sionist İsrail rejimi Suriyanın cənub ərazilərini işğal etmək və ölkənin şimal-şərqində YPG terror qruplaşmasını dəstəkləməklə bəri başdan Türkiyəni sıxışdırmaq yolunu tutub.

Bununla əlaqədar hələ ötən ilin iyun ayı işğalçı rejimin baş nazirinin oğlu Yair Netanyahu Türkiyənin ərazi bütövlüyünü hədəf alaraq “4 hissəli Kürdüstan” xəritəsini paylaşmaqla rejimin əsl niyyətini ortaya qoydu.

Yair Türkiyəni kürdlərə qarşı soyqırım törətməkdə də ittiham etdi: “Bütün gözlər Kürdüstanda! Türkiyənin kürd xalqına qarşı törətdiyi soyqırımı dayandırın! Kürdüstanın Türkiyə, İran, İraq və Suriya tərəfindən işğalına və zülmünə son qoyulsun! Azad Kürdüstan!”, - deyə Netanyahunun oğlu cəfəng fikirlərini beləcə tamamlamışdır.

Yeri gəlmişkən bildirək ki, qaniçən rejim YPG-nin möhkəmlənməsi üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mübahisəli ərazilərdə yerləşən neft və qaz yataqlarının işlənilməsində iştirakına yaşıl işıq yandırıb və ötən aylarda iki dəfə prezidentin köməkçisi Hikmət Hacıyevi çağıraraq rəsmi Bakıya Suriya ilə bağlı siyasətini izah edib. İddialara görə ona bildirilib ki, Azərbaycan Suriyadakı fəaliyyətlərini Ankara ilə deyil Təl-Əvivlə koordinasiya etməlidir.