May 17, 2025 13:20 Asia/Baku
  • Əkrəm Həsənov: Osmanlı Səfəvi torpaqlarını işğal edəndə yerli əhaliyə divan tuturdu

Türkiyə liderinin tarixi faktları təhrif edərək Çaldıran savaşı ilə bağlı dedikləri və azərbaycanlıların sevdiyi Şah İsmayıl Xətaini təhqir etməsi Azərbaycan Respublikasında narahatlığa səbəb olub.

Prezident Rəcəb Təyyib Ərdoğan deyib: “Şah İsmayıl həm daxildən, həm də xaricdən vətənimizi sarsıtdı, silkələdi. Çaldıran türk, kürd və ərəbin ortaq zəfəridir”.

Onun bu açıqlaması Azərbaycan Respublikasında növbəti dəfə narahatlıq doğurub. Tanınmış vəkil və hüquqşünas Əkrəm Həsənov öz Facebook hesabında Ərdoğana cavab olaraq yazıb: “Səfəvi dövləti də, indiki İran kimi şiə dövləti idi. Elə buna görə də sünni Osmanlı Səfəvi torpaqlarını işğal edəndə yerli əhaliyə divan tuturdu, vəhşilik edirdi. Tarixmizdə heç bir işğalçı əhalimizə bu qədər zülm etməyib, hətta monqollar da”.

Xatırladaq ki, 2024-cü ilin avqust ayında Ərdoğanın Rizedə etdiyi bir çıxışda "Qarabağa və Liviyaya necə girdiksə, İsrailə də o cür girə bilərik" ifadəsi də Azərbaycanda narazılığa səbəb olmuşdu.

O vaxt Azərbaycanın rəsmi qəzetində dərc olunan baş məqalədə, Qarabağ zəfərinin tamamilə Azərbaycan ordusunun uğuru olduğu vurğulanmış və Türkiyədən alınan silahların yardım deyil, ödənişi edilmiş sursat olduğu qeyd edilmişdi. Bu məqalədə, Ərdoğanın açıqlamaları "təxribat" kimi qiymətləndirilmiş və Azərbaycanın müstəqilliyi və suverenliyinə hörmətlə yanaşılmasının vacibliyi vurğulanmışdı.