Təl-Əvivin Ankara narahatlığı:
Türkiyə niyə sionist İsrailin əsas hədəfinə çevrilib? - TƏHLİL
Son dövrlərdə sionist İsrail Türkiyəyə qarşı sərt siyasi ritorika və düşmən mövqeyi sərgiləyib.
Türkiyə ilə İsrail arasında münasibətlər uzun illər strateji əməkdaşlıq mərhələsindən keçsə də, son illərdə tərəflər arasında siyasi və ideoloji uçurum dərinləşib. Xüsusilə Qəzzə müharibəsi fonunda Ankaranın İsraili sərt şəkildə tənqid etməsi və Fələstin xalqına açıq dəstək verməsi Təl-Əvivi ciddi şəkildə qəzəbləndirib.
Sionist rejim rəhbərliyi hesab edir ki, Türkiyə müsəlman dünyasında siyasi nüfuzu, hərbi gücü və diplomatik imkanları ilə Fələstin məsələsində təsirli aktorlardan birinə çevrilib. Ankara beynəlxalq platformalarda İsrailin hərbi əməliyyatlarını kəskin tənqid edir və bu da Təl-Əvivin beynəlxalq təcridini daha da gücləndirir.
Digər mühüm amil Suriyadakı vəziyyətlə bağlıdır. Sionist İsrail Suriyanın cənubunda öz təhlükəsizlik zonasını genişləndirməyə və təsir imkanlarını artırmağa çalışır və Türkiyə bundan narahatdır.
Digər tərəfdən Ankaranın son illərdə regional təhlükəsizlik məsələlərində xüsysilə İrana dəstək verməsi baxımından müstəqil siyasət yürütməsi İsrail tərəfindən narahatlıqla qarşılanır.
Bununla yanaşı İsrailin qondarma "erməni soyqırımı" iddialarını gündəmə gətirməsi də siyasi təzyiq aləti kimi dəyərləndirilir. Təl-Əviv bu məsələ vasitəsilə həm Ankaraya təzyiq göstərməyə, həm də Türkiyənin beynəlxalq imicinə zərbə vurmağa çalışır.
Beləliklə, sionist İsrailin Türkiyəyə qarşı sərt və düşmən mövqeyinin əsas səbəbləri Fələstin məsələsində ziddiyyətlər, Suriyada toqquşan maraqlar və Ankaranın artan regional nüfuzu ilə bağlıdır.