“O, qara kampaniyanın əsas fiqurlarından idi”
https://azeri.sahartv.ir/news/türkiyə-i423752-o_qara_kampaniyanın_əsas_fiqurlarından_idi
Azərbaycanda bir sıra media orqanları Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanın baş müşaviri Oktay Saralın vəzifədən ayrılmasını Bakı ilə Ankara arasında hicab məsələsinə görə yaranmış diplomatik gərginlik fonunda işıqlandırıb.
(last modified 2026-10-27T13:04:44+00:00 )
Okt 27, 2026 17:03 Asia/Baku
  • “O, qara kampaniyanın əsas fiqurlarından idi”

Azərbaycanda bir sıra media orqanları Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanın baş müşaviri Oktay Saralın vəzifədən ayrılmasını Bakı ilə Ankara arasında hicab məsələsinə görə yaranmış diplomatik gərginlik fonunda işıqlandırıb.

Hakimiyyətə yaxınlığı ilə tanınan APA agentliyinin ingilisdilli xidməti Saralın Azərbaycanla diplomatik fikir ayrılığını aradan qaldırmaq məqsədilə vəzifədən uzaqlaşdırıldığını yazıb.Eyni media qrupuna daxil olan APA TV isə xəbəri “Son dəqiqə: Oktay Saral vəzifəsindən ayrıldığını təsdiqlədi” başlığı ilə yayıb.Həmçinin hakimiyyətə yaxın mövqeyi ilə tanınan Trend agentliyi Saralı Türkiyədə Azərbaycana qarşı aparılan “qaralama kampaniyasının əsas simalarından biri” kimi təqdim edib.Eyni ifadə AzNews saytında da yer alıb.Həmin nəşrlər Saralın məktəblərdə hicabla bağlı tətbiq edilən məhdudiyyətlərə tənqidi münasibətini Azərbaycana qarşı kampaniyanın tərkib hissəsi kimi təqdim ediblər.Globalinfo saytı isə Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovun qarşıdakı Ankara sammiti ilə bağlı paylaşımını Saralın vəzifədən ayrılması xəbəri ilə birlikdə yayımlayıb.