Türkiyə İraq Kürdüstanının qərarına reaksiya verdi
https://azeri.sahartv.ir/news/türkiyə-i272480-türkiyə_İraq_kürdüstanının_qərarına_reaksiya_verdi
Türkiyə baş naziri Binəli Yıldırım cümə günü deyib: İraq Kürdüstanının müstəqillik haqda referendum keçirilməsi üzrə qərarı məsuliyyətsiz qərardır və regionun problemlərini artıracaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 10, 2017 06:36 Asia/Baku
  • Binəli Yıldırım
    Binəli Yıldırım

Türkiyə baş naziri Binəli Yıldırım cümə günü deyib: İraq Kürdüstanının müstəqillik haqda referendum keçirilməsi üzrə qərarı məsuliyyətsiz qərardır və regionun problemlərini artıracaq.

Türkiyə baş naziri Ankarada jurnalistlərə verdiyi açıqlamada Türkiyənin İraqın ərazi bütövlüyünü dəstəklədiyini qeyd edib. 

İraq Kürdüstanı ötən həftə bildirib ki, 25 sentyabrda bu bölgənin müstəqilliyi haqda referendum keçirəcək. 

Yıldırım deyib: Türkiyə İraqın ərazi bütövlüyünün qorunmasını istəyir. Biz bütün iraqlılara aid olan İraqı istəyirik. İraq vətəndaşları bir-birinin kənarında bir xalq olaraq yaşaya bilməlidir. Regionumuzun yetərincə problemləri vardır və başqa  bir problemin də yaranmasını düşünmürük. Fikrimizcə, İraq Kürdüstanının verdiyi qərar məsuliyyətsiz qərardır. 

Türkiyə Xarici İşlər Nazirliyi də bundan öncə bu hərəkəti tənqid edib və onu böyük yanlışlıq adlandırıb.