Putin Rusiyanın Türkiyədəki yeni səfirini təyin etdi
https://azeri.sahartv.ir/news/türkiyə-i273692-putin_rusiyanın_türkiyədəki_yeni_səfirini_təyin_etdi
Rusiya prezidenti Vladimir Putin bu ölkənin İstanbuldakı sabiq baş konsulu Aleksandr Yerxovu Rusiyanın Türkiyədə yeni səfiri təyin etdi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 21, 2017 06:23 Asia/Baku
  • Putin Rusiyanın Türkiyədəki yeni səfirini təyin etdi

Rusiya prezidenti Vladimir Putin bu ölkənin İstanbuldakı sabiq baş konsulu Aleksandr Yerxovu Rusiyanın Türkiyədə yeni səfiri təyin etdi.

Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, Aleksandr Yerxov Rusiyanın Türkiyədə səfiri təyin edilməzdən öncə Rusiya Xarici İşlər Nazirliyində Böhran Mərkəzinin müdiri vəzifəsində çalışırdı. 

Rusiyanın Türkiyədəki sabiq səfiri Andrey Karlov 19 Dekabr 2016-cı ildə Ankarada bir foto-sərgiyə baxış keçirdiyi zaman sui-qəsdə məruz qalmış və qətlə yetirilmişdi.