Rusiyanın Türkiyəyə S-400 raket sisteminin satışı qətiləşib
Rusiya prezidentinin hərbi-texniki həmkarlıqlar üzrə köməkçisi Rusiyanın Türkiyəyə S-400 raket sisteminin satışı barədə razılaşmasının qətiləşməsindən xəbər verib.
İnterfaks-ın məlumatına görə, Vladimir Kojin dünən bildirib ki, Türkiyəyə S-400 raket sisteminin satışı məsələsi və əlaqədar razılaşmalar öz həllini tapıb, amma hələlik bu sistemin Türkiyə tərəfindən satın alınmasının qarşılığında ona kreditin ayrılması məsələsi barədə qərar çıxarılmayıbdır.
Türkiyə 1952-ci ildən NATO-ya üzvdür və öz hava məkanını qorumaq üçün bu hərbi təşkilatın hava hücumundan müdafiə sistemlərindən istifadə edir. Amma Amerikanın Patriot raket sisteminin 2015-ci ildə Türkiyədən çıxarılması ilə S-400 raket sisteminin Rusiyadan satın alınması məsələsini ön plana çəkibdir.
Bu, hərəkətdə olan yer-hava raket sistemi, modern raket və təyyarələr kimi hava hədəflərini məhv etmək üçün nəzərdə tutulubdur.