İyul 09, 2017 09:20 Asia/Baku
  • Kılıçdaroğlu Türkiyədə ədalət aksiyasına son qoymaq qərarına gəlib
    Kılıçdaroğlu Türkiyədə ədalət aksiyasına son qoymaq qərarına gəlib

Türkiyə dövlətilə əsas müxalif partiyanın sədri ədalət aksiyasına son qoymaq qərarından xəbər verib.

IRIB-nin məlumatına görə, Cumhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu dünən bildirib ki, İstanbul zindanlarından birinin qarşısında böyük bir toplanış keçirərək, Türkiyə xalqının Ankaradan İstanbuladək uzanan 450 kilometrlik

yürüşünə son qoymaq niyyətindədir.

Cumhuriyyət Xalq Partiyasının 68 yaşlı sədri Kamal Kılıçdaroğlu casusluq ittihamı ilə 25 il həbsə məhkum edilmiş Anis Bərbəroğlunun həbs edilməsinə qarşı çıxan bir qrup etirazçı ilə yanaşı iyunun 17-dən öz yürüşünə başlayıb.

Cumhuriyyət Xalq Partiyası sədrinin bu etiraz təşəbbüsü Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğanın müxaliflərindən minlərlə nəfərin iştirakı ilə böyük bir yürüşə çevrilib.

Bərbəroğlu Cumhuriyyət qəzetinə videoçarx təqdim etməkdə ittiham olunur. Bu video Türkiyə Milli Kəşfiyyat Təşkilatı-MİT-in yük maşınlarının Suriyaya doğru silah və sursat daşıdıqlarını göstərir.

Teqlər