İyul 12, 2017 12:01 Asia/Baku
  • Rza Hakan Təkin
    Rza Hakan Təkin

Türkiyənin Tehrandakı səfiri deyib: Türkiyənin son məqsədi Suriyada davamlı sülhün bərpa olunmasıdır.

İRNA-nın məlumatına görə, Türkiyənin İrandakı səfiri Rza Hakan Təkin bu gün Tehranda keçirdiyi mətbuat konfransında deyib: İran, Türkiyə və Rusiya Suriyada sülhü bərpa etmək üçün öz proqramları və səylərini davam etdirəcəklər. 

Hakan Təkin Astana iclaslarının nəticəsi və onun Suriyada gərginliyin azaltmasındakı rolu haqda deyib: Astana müzakirələri Suriya böhranı haqda çoxlu təsirlərə malik oldu. İran, Türkiyə və Rusiya diqqətlərini bu müzakirələrdə bu böhranın həllinə yönəltməyə çalışdılar. 

Suriyada davamlı sülhü Türkiyənin yekun məqsədi adlandıran səfirin sözlərinə görə, bu istiqamətdə İran, Türkiyə və Rusiya addımlarını davam etdirirlər və BMT və dünyanın digər ölkələri bu addımı irəlilədəcəklər. 

Hakan Təkin İraqın Kürdüstan bölgəsində referendum keçirilməsi haqda deyib: Ankara İraqın ərazi bütövlüyünün qorunmasını istəyir və İraqn mərkəzi hökumətini dəstəkləyir. 

Türkiyənin Tehrandakı səfiri həmçinin 2016-cı il 15 iyul uğursuz çevrilişə münasibət bildirərək bu çevrilişi Türkiyə xalqı üçün böyük demokratiya dərsi adlandırıb və deyib: Türkiyə xalqı evlərindən çıxmaqla və küçələrə axışmaqla demokratiyanı əks etdirdilər və bu hadisə dünyada misilsiz idi. 

Teqlər