İyul 26, 2017 11:26 Asia/Baku
  • Türkiyə AB-yə qoşulma namizədi kimi qalacaq
    Türkiyə AB-yə qoşulma namizədi kimi qalacaq

Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi deyib ki, Türkiyədə insan haqlarının vəziyyəti barədəki kəskin nigarançılıqlara rəğmən, bu ölkə Avropa Birliyinə qoşulma namizədi kimi qalacaq.

Frans-Press-in məlumatına görə, Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi Federika Moqerini dünən gecə Avropa Birliyi və Türkiyə rəsmilərinin Brüsseldə keçirilən yığıncağında bildirib ki, Türkiyə Avropa Birliyinə qoşulma namizədi kimi qalacaq. O, həmçinin Türkiyədə qanun hakimiyyəti və insan haqlarının yüksəldilməsini vurğulayıb.

Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi deyib: İki tərəf sürətli, lakin müsbət müzakirələr apardı və Avropa Birliyi iqtisadi cəhətdən inkişaf edən, təhlükəsiz, stabil və demokratik bir Türkiyə ilə işi davam etdirməyə meyllidir və bu iclasda əlaqələrin bütün vətəndaşların xeyrinə inkişaf etdirilməsi tərzi barədə söhbət edildi.

Federika Moqerini söyləyib: Türkiyənin Avropa Birliyinə qatılması prosesi çətindir, amma əksər avropalı ölkələr terrorizmlə mübarizə və mühacirlər işi barədə özlərinin aparıcı şəriklərilə əlaqələrinin kəsilməsindən nigarandırlar.

Avropa Birliyi və Türkiyə rəsmilərinin Brüssel yığıncağı Ankara ilə Berlin arasındakı kəskin çəkişmələr arasında keçirilibdir.

 

Teqlər